Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər təqdim edilib.

18 mart  tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin
təkmilləşdirilməsinə dəstək” layihəs çərçivəsində “Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili”  mövzusunda dəyirmi masa müzakirəsi keçirilib.

Tədbirdə Dövlət Vergi Xidmətinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox  QHT təmsilçisi iştirak edib.

“Demokratiyanı öyrənmə” ictimai birliyinin sədri Mirəli Hüseynov layihə haqqında məlumat verərək Məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən məlumat verən şəxslərin müdafiəsi üzrə qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin eksperti Şahin Nəsrullayev məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar qabaqcıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.

Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.

M.Hüseynov və Ş.Nəsrullayev  müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib.

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslər üzrə qanunvericiliyin təkmilləşdirliməsi üzrə TƏKLİFLƏR

  • Milli qanunverilikdə “korrupsiya hüquqpozmaları haqqında məlumat vermə”nin anlayışı müfəssəl verilsin. Həmçinin yalnız baş verməkdə olan, yaxud artıq baş vermiş hüquqpozmaları haqqında deyil, hüquqpozmaların baş verəcəyi ehtimalı yaxud şübhəsi haqqında məlumat verilməsi bu anlayşın məzmun dairəsinə daxil edilsin
  • Özəl sektorda korrupsiya hüquqpozmaları barədə məlumat verənlərin müdafiəsi ilə bağlı normative baza işlənilsin. Bu zaman ABŞ, Litva, Macarıstan   təcrübəsindən istifadəe dilə bilər. Bu təcrübə onu nəzərdə tutur ki, korrupsiya halları barədə məlumatlı şəxslər dövlət adından hüqupozma törədən tərəfləri məhkəməyə verə və müsadirə olunacaq  əmlakın  15-20%-ni almaq imkanına malik olsunlar. Eyni zamanda korporativ idaretmə ilə əlaqədar qanunvericilikdə, kompleyns standartlaırnda korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxslərin müdafiəsi mexanizmləriin yaradılması bir tələb kimi nəzərdə tutulsun.
  • Məlumat verən şəxslərin anonimliyinin, xüsusən mümükn istintaq prosesi zamanı anonimliyin qorunması təminatları gücləndirilsin.
  • Müdafiə tədbirlərinin tətbiqində verilmiş məlumatın xarakterindən asılı olaraq  stanrt yanaşmadaın imtian edilsin. Ola bilsin ki, verilmiş məlumatın xarakteri tələb edir ki, hətta məlumat vermis şəxsin müraciəti olmadan ona birbaşa müdafiə tədbirləri tətbiq edilsin. Bu imkan qanunvericlikdə nəzərdə tuutlmalıdır.
  • Məlumat verənlərin həvəsləndirilməsi tədbiləri nəzərdə tutulmalldır. MDB ölkələrinin qanunverilciyində artıq bu təcrübə tətbiq olunmağa başalyıb. Ən son Özbəkistanda bu addım atılıb.
  • Məlumatverənlərin işlədiyi yerlərdə müdafiəsi, onların anonimliyinin qorunması təminatları gücləndirilməlidir.
  • Hər il korrupsiya hüquqpozmaları haqqında məlumat verənlər, həyata keçirilmiş həvəsləndirmə tədbiləri, dəymiş ziyanın ödənilməsi, müsadrə olunmuş əmlak haqqında ümumləşdirilmiş məlumatlar açıqlanması nəzərdə tutulmalıdır.

Korrupsiya hüquqpozmalarına dair məlumat verən şəxslərin dövlət müdafiəsi Azərbaycan və beynəlxalq təcrübənin müqayisəli təhlili

Bu təhlil “Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Layihənin məqsədi Məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericiliyin təkmilləşdirilməsinə yardım göstərilməsidir. Layihə çərçivəsində məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar qabaqcıl təcrübə nəzərə alınmaqla təkliflər hazırlanıb. Məlumat verən şəxslərin müdafiəsinə sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanacaq.

Tədqiqatla burdan tanış ola bilərsiniz

Vəzifəli şəxslərin gəlir deklarasiyaları necə təqdim olunsun?

Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı, gəlirlərin bəyan edilməsi sisteminin tətbiqi, bu sahədə mövcud problemlər, imkanlar və  risklər müzakirə edilib,  tövsiyələr təqdim olunub

30 oktyabr tarixində Mogan Hotel Baku-da “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən “Azərbaycanda ictimai iştirakçılıq praktikası və mövcud qanunvericliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa müzakirələri keçirilib. Müzakirələr Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Fondun icra etdiyi  “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi məqsədilə tədbirlərin təşkili, məqalələrin və hesabatın hazırlanması”  layihəsi çərçivəsində baş tutub.

Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Ədliyyə,  Maliyyə, İqtisadiyat  Nazirliklərinin, Baş Prokurorluğun nümayəndələri, İctimai Şura sədrləri, üzvləri daxil olmaqla 30-dan çox  QHT təmsilçisi iştirak edib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, Azərbaycan Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev layihə haqqında məlumat verərək vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı ilə bağlı beynəlxalq praktika, milli qanunvericilik, bu məsələlərlə əlaqədar aparılmış müzakirələr, QHT-lərin təşəbbüsləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, layihə çərçivəsində KAF tərəfindən vəzifəli şəxslər tərəfindən təqdim olunacaq gəlir bəyannamələrinin forması layihəsi, həmçinin qanunvericiliyə əlavə dəyişikliklərlə əlaqədar qanun layihəsi, xarici təcrübənin analizi və tövsiyyələr hazırlanıb.

Layihənin ictimai əsaslarla eksperti Zaur İbrahimli maliyyə xarakterli məlumatların təqdim edilməsi forması layihəsini, təqdim olunma mexanizmi ilə əlaqədar qabacıl təcrübənin xülasəsini, mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təklifləri təqdim edib.

Dövlət qurumları və QHT nümayəndələri təqdimat zamanı səslənilən fikirlər və təkliflərlə bağlı öz rəy və tövsiyyələrini diqqətə çatdırıblar.

Ə.Nuriyev  müzakirələr zamanı səsləndirilən qeydlər nəzərə alınmaqla hazırlanmış hesabatın və təkliflərin müvafiq dövlət qurumlarına təqdim ediləcəyini və açıq internet resurslarda yerləşdiriləcəyini bildirib. Ə.Nuriyev dövlət orqanları ilə QHT ekspertlərinin bu mövzuda ekspert müzakirələrinin təşkil edilməsiylə bağlı təkliflərin həyata keçirilməsi üçün səy göstəriləcəyini də açıqlayıb.

Vəzifəli şəxslərin hesabatlılığını  tənzimləyən qanunvericiliyə dəyişikliklər hazırlanacaq

“Konstitusiya” Araşdırmalar Fondu təkliflər paketi təqdim edəcək

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılmasına dəstək verilməsi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılıq mexanizminin yaradılmasına yardım göstərilməsidir .  Layihənin icra müddəti 3 aydır. Layihə çərçivəsində vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılıq mexanizmi ilə bağlı milli və beynəlxalq qanunvericiliyin analizi  aparılaraq vəzifəli şəxslərin gəlirləri ilə əlaqədar  hesabatlılığı tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər paketi hazırlanacaq. Təkliflər paketi  aparıcı QHT və dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirə edilərək müvafiq dövlət orqanları və parlamentə təqdim olunacaq. Dövlət qulluqçuları və vəzifəli şəxslərin gəlirlərinin açıqlanması korrupsiyanın səviyyəsinin azaldılmasında böyük təsirə malik olduğundan bu sahə təşkilatın prioritetlərindən biridir. Layihə fəaliyyətləri mövcud probemlərin həllinə qanunvericilyin təkmilləşdirilməsiylə yardım göstərilməsini nəzərdə tutur.

Həbsxanalar və müvəqqəti saxlama yerlərinin monitorinqi baş çatıb Monitorinqin nəticələri və təkliflər bütün maraqlı tərəflərin iştirakı ilə müzakirə edilib

“Konstitusiya” Araşdırmalar Fondu BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən dəstəklənən “Saxlanma yerlərinin monitorinqi” layihəsinin icrasını başa çatdırıb. Mogan Hotel Baku-da layihənin yekunları təqdim edilib və cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində aparılmış monitorinqlərin nəticələrinin müzakirəsi keçirilib. Tədbirdə cəzaçəkmə müəssisələri və müvəqqəti saxlama yerlərində işin təşkili ilə birbaşa məşqul olan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Penitensiar Xidmət və digər dövlət qurumları, qeyri hökümət təşkilatları və maraqlı digər tərəflər iştirak edib.

Monitorinqin nəticələri əsasında hazırlanmış təkliflər, mövcud çətinliklərin həlli, mümükün islahatlar müzakirəyə təqdim edilib. 

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının, Layihə Koordinatoru Rəşad Əliyev və Ədliyyə Nazirliyinin İnsan Hüquqları və Kommunikasiya idarəsinin rəisi Aynur Sabitova, QHT nümayəndələri,  ekspertlər, dövlət qurumlaırnın nümayəndələri ilə öz fikirlərini ilə bölüşüb.  Ümimilikdə, müzakirələrə on dövlət qurumunun nümayəndəsi qatılıb.

  Layihənin məqsədi başçəkmə/monitorinqlər vasitəsilə cəzaçəkmə müəssisələrində şəraiti, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması sahəsində irəliləyişlərin, əldə edilmiş uğurların, mövcud çətinliklərin öyrənilməsi və müvafiq tövsiyələrin verilməsidir.

Vaşinqtonda 20-ci Beynəlxalq Antikorrupsiya Konfransı keçirilib 

Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsi Vaşınqtonda keçirilən Beynəlxalq Antikorrupsiya Konfransında iştirak edib

Beynəlxalq Antikorrupsiya Konfransı 2022-ci il 6-10 dekabr tarixində ABŞ-ın paytaxtı Vaşınqtonda keçirilib. Konfransda Azərbaycanı  Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsinin rəhbəri,  “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev və əməkdaşı Şahin Nəsrullayev  təmsil edib.

Beynəlxalq Antikorrupsiya Konfransı (IACC) demək olar ki, son 40 il ərzində ən ciddi qlobal korrupsiya problemləri ilə əlaqədar bütün sektorları bir araya gətirir. Konfrans 180 ölkədən və cəmiyyətin bütün təbəqələrindən olan minlərlə insanı birləşdirir. 20-ci Beynəlxalq Antikorrupsiya Konfransında  ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri də iştirak edib.

Builki konfrans “Korrupsiyanın aradan qaldırılması, demokratik dəyərlərin qorunması” mövzusuna həsr olunub.

Konfrans zamanı Əliməmməd Nuriyev  və Şahin Nəsrullayev   Beynəlxalq Şəffaflıq Təşkilatı və korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış əsas beynəlxalq təşkilatlarla görüşlər keçirib və müzakirələr aparıblar, ölkədə aparılmış monitorinqlərin nəticələri haqqında məlumatları bölüşüblər. Beynəlxalq Şəffaflıq Təşkilatının “Korrupsiya Qavrama İndeksi”ndə Azərbaycanın mövqeyinin müəyyənləşməsi ilə bağlı ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin tam həcmdə və obyektiv olaraq nəzərə alınması üçün müzakirələr aparılıb.

Beynəlxalq Şəffaflıq təşkilatının Azərbaycan milli bölməsinin nümayəndələrinin Konfransda iştirakı Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Səfər qrantları” müsabiqəsi çərçivəsində  maliyyələşdirilib.

Sosial Tədqiqatlar Mərkəzi Açıq hökumətin təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına və digər ixtisaslaşmış QHT-lərə texniki və metodiki dəstək göstərəcək

Sosial Tədqoqatlar Mərkəzi “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.6-cı yarımbəndinin icrası çərçivəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti qurumlarına metodiki və texniki dəstək göstərəcəkdir.
Bununla bağlı Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov və Açıq hökumətin təşviqi üzrə Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev arasında razılıq əldə edilmişdir. Platformaya daxil olan ixtisaslaşmış qeyri-hökumət təşkilatları öz tədbirlərini təşkil etmək məqsədi ilə Mərkəzin konfrans zallarından və texniki avadanlıqlarından istifadə edə biləcəkdir. Mərkəz həmçinin tədqiqat aparan ixtisaslaşmış QHT-lərə tədqiqatlar sahəsində metodiki təlimatlar verəcəkdir.
Əsasən mərkəzi icra hakimiyyəti orqanları və dövlət adından yaradılmış publik hüquqi şəxslər üzərinə “Korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı təlimlər keçirilməsi üçün bu sahədə fəaliyyət göstərən ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına dəstək verilməsi” vəzifəsi qoyulmuşdur.
Sosial Tədqiqatlar Mərkəzinin ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlığı mövcuddur. Mərkəz həmçinin Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması ilə əməkdaşlıq edir. Mərkəz ixtisaslaşmış qeyri-hökumət təşkilatlarına maliyyə dəstəyi göstərə bilmir. Mərkəzin qrant vermək səlahiyyəti yoxdur və onun adı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların” siyahısına daxil edilməmişdir.

Bununla belə Mərkəz Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasına və digər ixtisaslaşmış QHT-lərə texniki dəstək göstərir. Bu təşkilatlar Mərkəzin böyük və kiçik konfrans zallarından, texniki avadanlıqlarından ödənişsiz istifadə edə bilərlər. Mərkəz həmçinin ixtisaslaşmış QHT-lərə təlimlərin təşkili, materiallarla təchizat sahəsində, həmçinin informasiya dəstəyi göstərir, onlara tədqiqat matreallarına çıxış imkanı yaradır və kitabxanadan istifadəyə şərait yaradır.

ELAN

İctimai nəzarət və iştirakçılıq mövzusunda onlyan təlimə dəvət

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən “Yerli icra hakmiyyəti orqanları yanında  yaradılmış  İctimai Şuralara təlim dəstəyi” layihəsi çərçivəsində Noyabr ayında onlayn ZOOM üzərindən gənclər və ictimai fəalları üçün “İctimai iştirakçılıq haqqında qanunvericlik”,  “İctimai iştirakçılıq formaları və onların praktikada tətbiqi”, “İctimai Şuranın ictimai iştirkaçılığın və ictimai nəzarətin həyata keçirilməsində hüquqi imkanları”, “İctimai Şuranın institusional inkişafı məsələləri” mövzularında onlyan  təlimlər keçiriləcək.

Təlimlər 2 peşəkar təlimçi tərəfindən keçiriləcək. Təlim kursu ümumilkdə, 3 saat təşkil edəcəkdir.  Ümumilikdə 6 təlimin keçirilməsi nəzərdə tutuluubHər təlimdə 20  nəfər iştirakçının cəlb olunması nəzərdə tutulub. Təlimdə iştirak etmək istəyənlər otyabr ayının 20-nə kimi  kafondu@gmail.com emailinə müraciət edə bilərlər.

100 nəfər “İctimai iştirakçılığın hüquqi əsaləri və formaları” mövzusunda maariflənəcək

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yerli icra hakmiyyəti orqanları yanında  yaradılmış  İctimai Şuralara təlim dəstəyi” layihəsinin icrasına başlayıb.

Layihənin əsas  məqsədi gənclərin, ictimai fəalların, QHT nümayəndələrinin ictimai iştirakçılıq və ictimai nəzarət fəaliyyətləri sahəsində biliklərini inkişaf etdirmək, praktik bacarıqlarının artırmaqdır.  Layihənin icra müddəti 3 aydır. 6 region gəncləri və ictimai fəallarına  “İctimai iştirakçılıq haqqında qanunvericlik”, “İctimai iştirakçılıq formaları və onların praktikada tətbiqi”, “İctimai Şuranın ictimai iştirkaçılığın və ictimai nəzarətin həyata keçirilməsində hüquqi imkanalrı”, “İctimai Şuranın institusional inkişafı məsələləri” mövzusunda  təlimin keçirilməsi nəzərdə tutulur. Təlimlər 2 peşəkar təlimçi tərəfindən keçiriləcək. İctimai Şuralaırn yerli səviyyəli qərarların qəbulunda rolunun artırılması, İctimai Şuraların fəaliyyətinin səmərliliyinin artırılması və potensialının gücləndirilməsi və yerli vətəndaş cəmiyyətinin ictimai iştirakçılıq fəaliyyətində rolunun artırılması layihənin hədəfləri sırasındadır.

AZ | EN